Accessibility links

Şimali Koreya ABŞ-la nüvə fəaliyyətlərinə dair razılıq əldə edildiyini bəyan edib


Şimali Koreya Amerika Birləşmiş Ştatları ilə nüvə fəaliyyətlərinə dair hesabat müqabilində Pxenyanın nə əldə edəcəyinə dair razılıq əldə etdiyini bildirib. Xarici İşlər Nazirliyinin bəyanatında deyirlir ki, Şimali Koreya ilə Amerika arasında razılıq Sinqapur müzakirələri zamanı əldə edilib. Bu açıqlama ABŞ nümayəndəsinin dedikləri ilə təzad təşkil edir. Belə ki, ABŞ-ın Şimali Koreya üzrə nüvə müzakirəçisi Kristofer Hillin bildirdiyinə görə, son danışıqlar heç bir əhəmiyyətli nəticə verməyib.

ABŞ dövlət katibinin yardımçısı Sinqapurda Şimali Koreyalı həmkarı ilə görüşdən sonra Pekinə gedib. Müxbirlərlə söhbəti zamanı Kristofer Hill deyib ki, Kim Kay Kvanla müzakirələr zamanı Şimali Koreyanın nüvə proqramının dayandırılması istiqamətində cüzi nailiyyətlər əldə edilib.

Şimalla danışıqlar dekabr ayından Vaşinqtonun Pxenyanın nüvə fəaliyyətlərinə dair əhatəli hesabat vermədiyini bildirdikdən sonra dayandırılmışdı. Razılıq Rusiya, Yaponiya, Çin və Cənubi Koreya müzakirəçilərinin danışıqlarının nəticəsi olmuşdu.

XS
SM
MD
LG