Accessibility links

Dalay Lama Olimpiya oyunlarını dəstəklədiyini bildirib


Dalay Lama Çin hökumətinin nümayişçilərə qarşı kəskin ölçülər götürməsinə baxmayaraq, qarşıdan gələn Pekin Olimpiya oyunlarını dəstəklədiyini bildirib. Tokiyoda danışaın Dalay Lama Pekini rəsmi məxfiliyə son qoymağa və siyasi opponentlərin zorakı yollarla susdurulması siyasətinə son qoyulmasına çağırıb. O deyib ki, Çin daha açıq, daha şəffaf bir ölkə olmalıdır. Dalay Lama Pekinin Tibet siyasətini tənqid edənləri susdurmaq haqqı olmadığını bildirib.

Mühacirətdə yaşayan Tibet lideri bir daha Tibetin Çindən ayrılmaq deyil, muxtariyyət əldə etmək üçün mübarizə apardığını dilə gətirib. Dalay Lama Tokiyodan Amerika Birləşmiş Ştatlrına yola düşür.

XS
SM
MD
LG