Accessibility links

Əfqanıstandakı NATO qüvvələrinın hədəf alınması davam edir


Afqanıstan polisinin bildirdiyinə görə, bu gün Qəndəhar vilayətində intiharçının maşınına yerləşdirilmiş bomba hücumu azı 8 mülki vətəndaşın ölümünə, 20 nəfərə qədər insanın yaralanmasına səbəb olub. Polis hücumda NATO hərbçilərinin hədəf alındığını deyir. Lakin NATO əsgərlərinin xəsarət alması barədə məlumat verilmir. Hadisə zamanı iki əfqan polisinin yaralandığı da bildirilir.

Qeyd edək ki, NATO, Birləşmiş Ştatlar və Əfqan hərbi qüvvələri ölkənin Talibanların nəzarəti altında olan cənub və şərq ərazilərində fəaliyyətə başlayan yaraqlılarla mübarizə aparırlar.

XS
SM
MD
LG