Accessibility links

Parlament Ukraynanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyib


Bu gün Ukrayna parlamenti Ümumdünya Ticarət Təşkilatına üzvlük barədə böyük əksəriyyətlə razılıq əldə edib. Parlamentin 450 deputatından 411-i protokol razılaşmasını dəstəkləyib. 15 il davam edən danışıqların nəticəsi olaraq bu ilin fevralında prezident Viktor Yuşenkonun Cenevrədə protokol razılaşmasını imzamasından sonra ölkə rəsmi olaraq təşkilata dəvət edilmişdi. Təşkilatın tam qaydalarına riayət etmək üçün Rada bəzi qanunları təsdiq etməlidir. Ukrayna üzvlüyünün ratifikasiyasından 30 gün sonra təşkilatın rəsmən 152-ci üzvü olacaq.

XS
SM
MD
LG