Accessibility links

Tuncəlidə 11 kürd yaraqlısı öldürülüb


Türkiyə qoşunları ölkənin şərqində 13 kürd yaraqlısını öldürüb. PKK yaraqlılarından 11-i Tuncəli vilayətində həlak olub. Digər iki yaraqlı isə Diyarbəkirdə öldürülüb. Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə qoşunları regionda təhlükəsizlik əməliyyatlarını davam etdirir. PKK ölənlərin sayı ilə bağlı açıqlama verməyib. Bununla yanaşı, ölkə məhkəməsi kürd siyasətçi Leyla Zananı terrorim əleyhinə qanunları pozduğuna görə 2 il müddətinə azadlıqdan məhrum edib. Xanım Zana keçən il bir festivalda kürd lider Abdulla Öcalan barədə xoş sözlər işlətməkdə ittiham olunur. Daha əvvəl isə sabiq qanunverici PKK ilə əlaqəsi olması ittihamı ilə 10 il məhbəsdə olub.
XS
SM
MD
LG