Accessibility links

Moqtəda Əl-Sədrin yardımçısı qətlə yetirilib


İraqın cənubundakı müqəddəs Nəcəf şəhərində naməlum silahlılar tərəfindən radikal şiə ruhanisi Möqtəda Əl-Sədrin ən yaxın yardımçısı öldürülüb. Polis və Nəcəfdəki Sədr ofisi qətl barədə məlumatı təsdiq edib. Rəsmilər deyirlər ki, Riyad Əl-Nuri cümə namazından sonra evə gedərkən öldürülüb. Nəcəfdə qadağan saatı elan olunub.

Bununla yanaşı, bu gün Bəsrədə və dünən paytaxtın Sədr şəhər məhəlləsində koalisiya qüvvələrinin keçirdiyi hava hücumu nəticəsində 12 yaraqlı öldürülüb.

Keçən ay İraq baş naziri Nuri Əl-Maliki şiə yaraqlılara qarşı hücum əməliyyatlarına başlanmasını əmr edəndən sonra ölkədə döyüşlər intensivləşib.

XS
SM
MD
LG