Accessibility links

CAR prezidenti zimbabveli həmkarı ilə görüşüb


" hspace=2 src="/azerbaijani/images/ap_zimbabwe_mugabe_mbeki_12apr08_eng_1751.jpg" width=191 align=left vspace=2 border=0>Cənubi Afrika Respublikasının prezidenti Thabo Mbekinin sözlərinə görə, o, Zimbabvedə seçkilərdən sonra yaranmış çıxılmaz vəziyyətin böhran olduğunu düşünmür. Cənab Mbeki bu gün Zimbabve paytaxtı Hararedə prezident Robert Muqabe ilə danışıqlar aparandan sonra bu sözləri deyib. Cənubi Afrika Respublikası prezidenti xalqı seçkilərin son nəticələrini gözləməyə çağırıb. Zimbabve seçki komissiyası seçkilərdən 2 həftə keçməsinə baxmayaraq hələ də nəticələri açıqlamayıb. Cənab Mbeki zimbabveli həmkarı ilə bu gün Zambiyada böhranın müzakirəsi səbəbilə keçiriləcək Cənubi Afrika İnkişaf İcmasının növbədənkənar sammitindən öncə görüşüb.
XS
SM
MD
LG