Accessibility links

Qəzzadakı yeganə elektrik stansiyası bağlana bilər


Qəzza Zolağında olan yeganə elektrik stansiyasının direktoru deyib ki, əgər İsrail yeni yanacaq təchizatlarına icazə verməsə müəssisə bağlana bilər. Direktor Rafiq Maliha yaxın bir neçə gündə qurğuların tam dayanacağını bildirərək, bunun da bütün Qəzzada enerjinin kəsilməsinə səbəb olacağını deyib. Qəzza Zolağının elektrik enerjisi stansiya ilə yanaşı, Misir və İsrail eletkrik şirkətləri tərəfindən birgə təchiz olunur. Həmçinin Avropa Birliyi də Qəzzaya yanacaq təchizatları çatdırır. Bu həftə Həmas yaraqlılarının hücumu nəticəsində 2 israilli mülki vətəndaşın ölməsindən sonra İsrail Qəzzaya gedən vacib yanacaq terminalını bağlamışdı.
XS
SM
MD
LG