Accessibility links

Dünyəvi türklər Ankarada nümayiş keçirib


Minlərlə dünyəvi türk bu gün Ankarada Türkiyənin İslamyönümlü hökuməti əleyhinə etiraz nümayişi keçirib. Türkiyə bayrağını dalğalandırıb, müasir Türkiyə dövlətinin yaradıcısı Mustafa Kamal Atatürkün şəkillərini gəzdirən nümayişçilər ölkənin müxtəlif bölgələrindən Ankaraya gəliblər. Keçən ayın sonunda Türkiyə Konstitusiya məhkəməsi hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasının fəaliyyətinə qadağa qoyulmasına dair məsələ ilə bağlı dinləmələrin keçirilməsinə razılıq vermişdi. Ölkənin baş prokuroru Əbdürrəhman Yalçınkaya partiyanı Türkiyənin dünyəvi prinsiplərini pozmaqda ittiham edib. Tələblər arasında baş nazir Rəcəb Tayyip Ərdoğan, prezident Abdulla Gül və partiyanın digər 69 üzvünün beş il müddətinə siyasətdən uzaqlaşdırılması da var. İqtidarda olan partiya dövlətin dünyəvi dayaqlarını pozmaq ittihamlarını rədd edir.
XS
SM
MD
LG