Accessibility links

Çin Tibet məsələsini insan hüquqları problemi hesab etmir


Çin prezidenti Hu Jintao deyib ki, Tibet məsələsi insan hüquqları problemi deyil və Çin özü onunla məşğul olmalıdır. Rəsmi Sinxua agentliyinin verdiyi məlumata görə, Çində səfərdə olan Avstraliyanın baş naziri Kevin Raddla danışın cənab Hu deyib ki, Çinin mühacirətdə olan Dalay Lama tərəfdarları ilə problemi nə etik, nə dini, nə də insan haqları problemidir. Bu arada, Çin rəsmiləri martın 23-də hökumət binasını bombalamaqla bağlı Tibetdə doqquz buddist rahibi həbs ediblər. Sürgündə olan yüzlərlə tibetli isə Olimpiya məşəlini gələn həftə çərşənbə axşamı günü Hindistan paytaxtına gətirilməsindən öncə Dehli küçələrində yürüş keçiriblər.
XS
SM
MD
LG