Accessibility links

Iran məscidində baş verən partlayış hücum deyil, qəza ola bilər


İran rəsmilərinin bildirdiyinə görə, dünən izdihamlı məsciddə baş verən partlayış hücum deyil, qəza ola bilər. Polis dövlət mətbuatına deyib ki, partlayıcı qurğu bundan əvvəl İraq-İran müharibəsinin ildönümünə həsr edilmiş sərgidən qala bilərdi. Cənub Fars vilayətində baş verən bu partlayış səbəbi ilə 11 adam həlak olub, bəzilərinin vəziyyəti ağır olmaqla, 191 nəfər yaralanıb. FARS xəbər agentliyinin bildirdiyinə görə hadisə Şiraz şəhərində axşam namazı vaxtı baş verib. Partlayışın səbəblərinə dair nə rəsmi açıqlama verilib, nə də hücumun məsuliyyətini üzərinə alan olub.

XS
SM
MD
LG