Accessibility links

Zimbabvenin müxalifət qrupu məhkəməyə müraciət edir


Zimbabvenin başlıca müxalifət qrupu keçən ay keçirilən ümummilli seçkilərin bülletenlərinin qismən hesablanması üçün qanuni addımlar atacağını bildirib. Demokratik Dəyişiklik Hərəkatının bildirdiyinə gorə, onlar gələn həftənin çərşənbə axşamı günü məhkəməyə müraciət edəcəklər. Bugünkü bəyanatda deyilir ki, hərəkat nə heç kimlə əməkdaşlıq edəcək, nə də ki, yenidən hesablanmanın nəticələrini qəbul edəcək. Partiya vəkili Selbu Huaça da daxil olmaqla bəzi rəsmilər Zimbabve Seçki Komissiyası və ZANU-PF partiyasını ittiham edərək səslərin hesablanmasının prezident Robert Muqabeni hakimiyyətdə saxlamaq məqsədi daşıdığını iddia edir.

XS
SM
MD
LG