Accessibility links

İnquşetiyada məhkəmənin sədr maüvinini öldürüblər


Rusiyada silahlılar İnquşetiya Respublikası Ali Məhkəməsinin sədr müavinin güllə ilə vuraraq öldürüblər. Polisin bildirdiyinə görə, hücum hakim Həsən Yandiyev öz avtomobili ilə Karabulak şəhərinə gedərkən baş verib. Həbs edilən yoxdur. İnformasiya agentlikləri bildirir ki, hakim korrupsiya və regiondakı yaraqlıları ittiham edən bir çox qərarlar çıxarıb. Müharibəyə səhnə olmuş Çeçenistana qonşu kiçik, yoxsul respublika olan İnquşetiyada vaxtaşırı qanun mühafizəkarlarına qarşı hücumlar olur.
XS
SM
MD
LG