Accessibility links

İraqda girov götürülmüş Britaniya jurnalisti azad edilib


İraq hərbi qüvvələrinin rəsmiləri bildirirlər ki, iki ay bundan əvvəl Bəsrədə girov götürülmüş britaniyalı jurnalist Riçard Batler bu gün İraq qüvvələri tərəfindən azad edilib. Birləşmiş Ştaların CBS telekanalının tapşırığı ilə Bəsrədə işləyən Batler və onun tərcüməçisi fevral ayında silahlı şəxslər tərəfindən oğurlanmışdı. Sonradan tərcüməçini azad etmişdilər.

İraq polisinin bildirdiyinə görə isə bu gün səhər mərkəzi Bağdadda yol kənarına yerləşdirlimiş bomba partlayışı azı 5 nəfərin ölümünə, 9 nəfərin yaralanmasına səbəb olub.

Bundan əlavə bildirilir ki, Dəməşqdə İraqın qonşuları – Suriya, Misir, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Türkiyə bu ölkədə stabitliyi bərpa etmək üçün birgə işləmək barədə razılıq əldə ediblər.

XS
SM
MD
LG