Accessibility links

Nobel sülh mükafatı laureatının həyatı təhlükədədir


İranda insan haqları müdafiəçisi, Nobel sülh mükafatı laureatı Şirin Ebadi ona və ailəsinə qarşı təhdidlərin çoxaldığını deyib. Bu gün faksla göndərilən bəyanatda xanım Ebadi bildirir ki, onun ölümünü istəyənlərin ona qarşı heç bir şəxsi qərəzliyi yoxdur, bu şəxslər onun fikirlərinin əleyhinədir. Nobel laureatı bəyanatında ona qarşı təhdidlərin bir neçəsini qeyd edib. Bunlara “Danışdıqlarına fikir ver və ya əvəzi çıxılacaq” kimi ifadələrlə edilən xəbərdarlıqlar daxildir. Ebadi 2003-cü ildə İranda qadınların və uşaqların hüquqlarını müdafiə etməsinə görə Nobel sülh mükafatı ilə təltif olunmuşdu
XS
SM
MD
LG