Accessibility links

Silvio Berluskoni ölkədə islahatlar keçirəcəyinə söz verib


İtaliyanın yenicə seçilmiş baş naziri Silvio Berluskoni özünün iri seçki qələbəsindən istifadə edərək, islahatlar paketi həyata keçirəcəyinə və İtaliyanın milli hava yolları şirkətini xilas edəcəyinə söz verib. Cənab Berluskoni bu gün qeyri-rəsmi nəticələrə görə onun partiyasının Senatda 168 yer qazanmasından bir neçə saat sonra bu bəyanatla çıxış edib. Rəqəmlər həmçinin onun alyansının aşağı palatada yerlərin yarıdan çoxunu qazandığını göstərir. 3-cü dönəm baş nazirliyə hazırlaşan 71 yaşlı milyarder Alitalia hava yolları şirkətini xilas etmək üçün hökumətinin əlindən gələni edəcəyini bildirib. Cənab Berluskoni habelə tullantıların təmizlənmədiyi Neapol şəhəri ilə bağlı ciddi tədbrilər görəcəyinə söz verib.
XS
SM
MD
LG