Accessibility links

Vladimir Putin 'Vahid Rusiya' partiyasının rəhbər postunu qəbul edir


Rusiya prezidenti Vladimir Putin deyib ki, o, "Vahid Rusiya" partiyasının rəhbər postunu qəbul edir. Bu açıqlamanı prezident partiya qurultayında çıxışı zamanı verib. Bu addım cənab Putinin parlamentdəki mövqeini o, baş nazir olduqdan sonra bir qədər də möhkəmləndirəcək. "Vahid Rusiya" parlamentin Aşağı Palatası Dumada yerlərin 70%-nə nəzarət edir.

Bu arada prezident seçilmiş Dmitri Medvedev bildirib ki, onun "Vahid Rusiya" partiyasına daxil olmaq planı yoxdur. Cənab Putinin varis kimi seçimi olan Medvedev partiya siyasətində iştirakın hələ tez olduğunu deyib.

XS
SM
MD
LG