Accessibility links

Roma Papası ABŞ-a ilk səfərinə başlayır


Roma Papası 16-ci Benedikt Roma katolik kilsəsinin başçısı seçiləndən sonra Birləşmiş Ştatlara ilk səfərinə başlamaq üçün bu gün Vaşinqtona gəlir. Prezident Buş və onun xanımı Roma Papasını Alitaliya hava yollarına məxsus xüsusi təyyarədə Endrü hərbi hava bazasında qarşılayacaqlar. Sabah Ağ Evdə xüsusi rəsmi mərasim keçiriləcək.

ABŞ-a 6 gün sürəcək səfəri zamanı Roma Papası Vaşinqton və Nyu Yorkda açıq havada keçiriləcək messalarda iştirak edəcək. O, həmçinin katolik kilsəsinin nümayəndələri qarşısında çıxış edəcək və 2001-ci ildə sentyabrın 11-i terror hücumları zamanı dağılmış Dünya Ticarət Mərkəzinin iki binasının dayandığı yerdə dua oxuyacaq. Roma Papası Benedikt cümə axşamı BMT-də nitq söyləyəcək.

XS
SM
MD
LG