Accessibility links

Iraqdakı sünni üçbucağında zorakılıqlar artmaqdadır


İraq rəsmiləri deyirlər ki, bu yaxınlaradək dinc şəraitdə olan sünni üçbucağında iki bomba hücumu nəticəsində ən azı 53 adam ölmüş, 94 adam isə yaralanmışdır.

Bağdadın şimalındakı Baquba şəhərində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində ən azı 40 nəfər ölüb, 70 nəfər yaralanıb. Paytaxtdan qərbdə yerləşən Ramadidə intiharçı özünü restoranda partladaraq 13 adamın həyatına son qoyub. Polis ölənlərin sayının artacağını güman edir.

Dünən İraqın müxtəlif hissələrində baş verən hücumlar 22 adamın ölümü ilə nəticələnib.

XS
SM
MD
LG