Accessibility links

Özbəkistan şairi Yusuf Cümə azadlıqdan məhrum edilib


Özbəkistan məhkəməsi polisə müqavimət göstərdiyinə və polisə xəsarət yetirdiyinə görə dissident şairi 5 il azadlıqdan məhrum edib. Buxara şəhərindəki məhkəmə Yusuf Cüməni ötən dekabr ayında küçə nümayişində iştirakı ilə bağlı ittihamlarla məhkum edib. Məhkəmə Cümənin oğlu Bobur Yusifə 3 il şərti həbs cəzası verib.

Insan hüquqları təşkilatları bu şəxslərin məhbəsdə işgəncəyə məruz qaldıqlarını deyirlər. Ata və oğul keçən il üzərində prezident Islam Kərimovun istefası tələb olunan şüarla maşında gəziblər. Cümənin o biri oğlu da keçən il həbsə salınıb.

XS
SM
MD
LG