Accessibility links

Xam neftın qiymətı yenə də artıb


Neft qiymətləri bu gün bir barrel üçün 114 dollara çatıb. Dolların məzənnəsinin düşməsi investorların xam nefti ala bilməsi üçün daha yaxşı şərait yaradır. May ayında çatdırılacaq xam neftin qiyməti bu gün Nyu York kommersiya birjasında 114 dollar 50 sent olub. Bu, dünən birja bağlananda olan səviyyədən 0,6 faiz artıqdır. Dilerlər deyirlər ki, xam nefti avro kimi valyutaya almaq daha ucuz başa gəlir. Dollar isə bu gün avroya nisbətən ən aşağı səviyyəyə düşüb. Hazırda kurs 1 avro üçün 1 dollar 59 sent təşkil edir.
XS
SM
MD
LG