Accessibility links

Roma Papası bu gün Vaşinqtonda messa keçirib


Papa XVI Benedikt Roma katolik kilsəsinin başçısı kimi ABŞ-a ilk rəsmi səfəri çərçivəsində bu gün Vaşintonda on minlərlə insanın iştirak etdiyi messa keçirib. Vaşinqtonun yeni beysbol stadionunda toplaşan 45 000-lik kütlə qarşısında danışan Roma Papası deyib ki, katolik kilsəsi yol ayrıcındadır. O, cəmiyyətin əsaslarının onun öz sözlərilə, həyəcan doğuracaq bir şəkildə dağılmasından narahatlığını ifadə edərək, insanlar arasında soyuqluq, zorakıqların artması və Allahın unudulmasını göstərmişdir. XVI Benedikt katolik liderləri dünyəvi və materialist cəmiyyətdə etiqad, ümid və birliyi tərənnüm etməyə çağırmışdır.

Roma Papası Birləşmiş Ştatlarda katolik rahiblərin uşaqlara seksual təzyiqlər göstərməsi hallarına görə təəssüf hissi keçirdiyini deyib. Kütləvi dua mərasimi zamanı XVI Benedikt ingilis və ABŞ-da ispan mənşəli katoliklərin artmasını nəzərə alaraq, bəzən ispan dilində danışmışdır.

Bu gün daha sonra Roma Papası Vaşinqtonun katolik universitetində olacaq və müxtəlif dinləri təmsil edən din xadimlərilə görüşəcək. Cümə günü Roma papası Nyu Yorka səfər edərək, BMT-də məruzə edəcək. O, şəhərin Yanki stadionunda messa verəcək və 2001-ci ildə sentyabrın 11-i terror hücumları nəticəsində dağılmış Dünya Ticarət mərkəzinin iki binasının bir zamanlar dayandığı ərazini ziyarət edəcək.

XS
SM
MD
LG