Accessibility links

Demokrat namizədlər Filadelfiyada debatlar keçiriblər


ABŞ prezident seçkilərində demokrat namizədlər - senatorlar Barak Obama və Hillari Klinton aprelin 22-i ştatda ilkin seçkilərdən öncə Pensilvaniyanın Filadelfiya şəhərində debatlar keçiriblər. Namizədlər debatlar zamanı daxili və xarici siyasət sahələrində yaxın mövqeyə malik olduqlarını nümatiş etdirərək, İraqdan ABŞ hərbi qüvvələrinin çıxarılmasına söz veirblər. İranla bağlı sualı cavablandırarkən senatorlar deyiblər ki, Tehran İsrailə hücum etsə, bunun cavabının veriləcəyini gözləməlidir. Bununla belə, hər iki namizəd İslam respublikası ilə məsələlərin diplomatik yolla həllinə üstünlük verdiklərini bildiriblər. Daxili siyasət sahəsində onlar orta gəliri olan amerikalılar üçün vergiləri artırmayacağına söz veriblər.

XS
SM
MD
LG