Accessibility links

Mahmud Əhmədinejad İranın ordu günündə çıxış edib


" hspace=2 src="/azerbaijani/images/AFP_Irans_President_Mahmoud_Ahmadinejad_flashes_V_at_power_plant_30_Jan_082.jpg" width=210 align=left vspace=2 border=0>İran prezidenti Mahmud Əhmədinejad bu gün Tehranda İranın hər il qeyd olunan ordu günündə çıxış edib. Prezident çıxışında ordunun kifayət qədər güclü olduğunu və heç bir dünya gücünün onlara hücum edə bilməyəcəyini deyib. Onun sözlərinə görə, İran ediləcək hər hansı bir hücuma güclü cavab hazırlayıb. Mərasim zamanı qırıcı və digər hərbi təyyarələr paradın keçirildiyi ərazinin üzərində nümunəvi uçuşlar göstəriblər. İranla ABŞ daxil olmaqla Qərbin bir çox qüdrətli dövlətləri arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları var. ABŞ İranı nüvə silahını inkişaf etdirməkdə qınayır. Rəsmi Tehran isə ittihamları rədd edərək, texnologiyanı yalnız elektrik istehsalında istifadə etmək istədiyini bildirir.
XS
SM
MD
LG