Accessibility links

Məhəmməd Əl-Baradeyi İranı nüvə prosesini sürətləndirməməyə çağırıb


BMT nüvə agentliyi sədrinin sözlərinə görə, maliyyə sanksiyaları içərisində olan İran uran zənginləşdirmək üçün sentrifuqalar tikməkdə davam edir, ancaq o, Tehranın uğurlarının zəif olduğunu vurğulayıb. Berlində nüvə energisi konfransında danışan Məhəmməd Əl-Baradeyi deyib ki, İranın 3300-ə yaxın sentrifuqası var. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sədrinin sözlərinə görə, bu, sürətli göstərici deyil və o, Tehranı prosesi sürətləndirməməyə çağırıb. Keçən həftə İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, ölkə 6 min yeni sentrifuqa quraşdırmağı planlaşdırır.
XS
SM
MD
LG