Accessibility links

Sədrin tərəfdarlarının ofisi mühasirərə alınıb


İraq qoşunları radikal şiə ruhanisi Möqtəda Əl-Sədrin tərəfdarlarının Bəsrə ofisini mühasirəyə alaraq, onların cümə namazının qarşısını almağa çalışıb. İraq Daxili işlər Nazirliyinin sözçüsü general mayor Əbdül Kərim-Xələf deyib ki, əməliyyatın məqsədi ədalətsiz şəkildə siyasi qruplar tərəfindən ələ keçirilən ofislərin azad olunması məqsədi daşıyır. Sədr tərəfdarları deyir ki, binanı tərk etmək üçün onlara 48 saat vaxt verilib. İraq qoşunları və Sədr tərəfdarları arasında toqquşma barədə məlumat yoxdur. Hadisə İraq baş naziri Nuri Əl-Malikinin Bəsrədə Sədrin Mehdi ordusuna qarşı hücum əməliyyatlarına başlamaq sərəncamından təxminən bir ay sonra baş verib.

XS
SM
MD
LG