Accessibility links

Bu gün Zimbabvedə müstəqillik günüdür


Zimbabve prezidenti Robert Muqabe ölkəsinin müstəqilliyini bu gün Britaniya kolonial idarəçiliyini tənqid etməklə qeyd edib. Cənab Muqabe müraciətini Hararedə stationda toplaşmış minlərlər tərəfdarı qarşısında verib. Bu, martın 29-da keçirilən seçkilərdən bəri onun ilk əsas nitqidir. 1980-ci ildə Britaniyadan müstəqillik qazanandan bəri Zimbabveni idarə edən cənab Muqabe öz rəqibi müxalifət namizədi Morqan Tsvangirayı Britaniya ilə əlbir olaraq hökuməti devirmək cəhdində günahlandırır. Qarşı tərəf isə bu iddiaları rədd edir. Bu arada Cənubi Afrikada nəqliyyat ittifaqının işçiləri Zimbabve ordusu üçün silah sursat aparan Çin gəmisini boşaltmaqdan imtina ediblər. İttifaqın sözçüsü bildirib ki, Zimbabvedə vəziyyət qeyri-sabit olurkən ölkəyə silah axınına vasitəçilik etmək düzgün deyil.
XS
SM
MD
LG