Accessibility links

Cimmi Karter yenidən Hamas lideri ilə görüşüb


Sabiq ABŞ prezidenti Cimmi Karter ABŞ və İsrail rəsmilərinin etirazlarına baxmayaraq, Dəməşqdə sürgündə olan Hamas lideri Xalid Mişəllə yenə də danışıqlar aparıb. Cənab Karter Hamas lideri ilə dünən və bu gün apardığı danışıqlara şərh verməyib. Hamas rəsmisinin sözlərinə görə, danışıqların başlıca mövzusu Karterin İsrail əsgəri Gilad Şalit də daxil olmaqla əsir mübadiləsi, İsrail və Hamas qüvvələri arasında atəşkəs haqda təklifi olub. Rəsmi cavabın yaxın günlərdə veriləcəyini bildirilib. Cənab Karter deyir ki, Hamasla münasibət qurmadan İsraildə sülh mümkün deyil.
XS
SM
MD
LG