Accessibility links

Roma Papası XVI Benediktin ABŞ-a səfəri başa çatır


Birləşmiş Ştatlara səfərinin sonuncu günü Roma Papası XVI Benedikt Nyu Yorkda Dünya Ticarət mərkəzinin binalarının bir zamanlar dayandığı yerdə dua mərasimində iştirak edib.

Roma Papası 2001-ci il sentyabrın 11-i terror hücumları zamanı sağ qalmış iyirmidən çox insan və xilasetmə işçilərinə xeyir-dua verib.

Roma Papası səfərinin sonuncu günü Nyu Yorkun Yanki beysbol stadionunda kütləvi dua mərasimi keçirir.Yanki stadionunda messada 55 min nəfərin iştirak edəcəyi gözlənilirdi.

Dünən Roma Papası Nyu Yorkun Müqəddəs Patrik kilsəsində üç min rahib, keşiş və kardinalın iştirak etdiyi dua mərasimi keçirib.

XS
SM
MD
LG