Accessibility links

ABŞ hərbi komandirləri Pakistanın ucqar bölgələrində əməliyyat keçirmək üçün icazə istəyib


Nyu York Tayms qəzetinin verdiyi məlumata görə, ABŞ-ın Əfqanıstandakı hərbi komandirləri Amerika rəsmilərindən Pakistanın daxilində qəbilələrin yaşadığı ərazilərdə hərbi əməliyyatlar keçirmək üçün icazə istəyiblər. Qəzetin yazdığına görə, Buş administirasiyasının rəsmiləri Pakistanda radikal qüvvələrə qarşı əməliyyatların ölkənin hazırda yaraqlılarla danışıqlar aparan yeni hökumətini qəzəbləndirə biləcəyilə bağlı narahatlıqlara görə bu təklifi qəbul etməyiblər.

ABŞ kəşfiyyatının rəsmilərinin bildirdiyinə görə, qəbilələrin yaşadığı ərazilərdə Pakistandakı yaraqlılar Amerika və Əfqanıstanda müttəfiq koalisiya qüvvələrinə qarşı hücumlar həyata keçirmək üçün Əl-Qaidə ilə birləşiblər. Nyu York Tayms yazır ki, ABŞ hərbiçilərinin təklifi sərhəddə məhdud artilleriya və raket hücumlarını, habelə Mərkəzi Kəşfiyyat agentliyinin kiçik dəstələri, ya da xüsusi təyinatlı qüvvələrin hərbi hava hücumlarını nəzərdə tuturdu.

XS
SM
MD
LG