Accessibility links

İran nüvə silahı üzərində işlədiyinə dair ittihamları rədd edib


İran BMT-nin nüvə agentliyinin yüksək səviyyəli rəsmisinin səfəri ərəfəsi ABŞ və Britaniyanın onu nüvə silahı istehsal etməyə çalışmasına dair ittihamlarını rədd edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün deyib ki, onun ölkəsinin nüvə silahı istehsal etmək istiqamətində işləməsinə dair iddialar həqiqətə uyğun deyil.

Beynəlxalq Atom enerjisinə nəzarət agentliyinin müavini Olli Heynonen bazar ertəsi günü Tehranda İran rəsmilərilə danışıqlar aparmalıdır. Onun İranın gizli nüvə silahı proqramı üzərində işləməsi ilə bağlı iddialara aydınlıq gətirəcəyi gözlənilir. Beynəlxalq Atom enerjisinə nəzarət agentliyi hələ də İranın nüvə proqramının mahiyyətini tam təsdiq edə bilmir. BMT Təhlükəsizlik şurası uranın zənginləşdirlməsi fəaliyyətlərini dayandırmadığına görə İrana qarşı üç dəfə sanksiyalar tətbiq etmişdi.

XS
SM
MD
LG