Accessibility links

“Moskovski Korrespondent” nəşrini dayandırıb


Rusiya prezidenti Vladimir Putinin həyat yoldaşından boşanaraq 24 yaşlı gimnastla evlənmək planı haqda məlumat yazan qəzet nəşrini dayandırıb. “Moskovski Korrespondent”-in naşiri Milli Media şirkəti bildirib ki, nəşrin dayandırılması Putin haqqında yazılan reportajla əlaqədar deyil. Şirkət məlumat verib ki, o, qəzet üçün yeni biznes planı hazırlayır. Məlumatın çapa çıxmasından sonra “Moskovski Korrespondent”in baş redaktoru istefa verməyə məcbur olub. Qəzetin sahibi milyarder Aleksandr Lebedevdir.

Cənab Putin və gimnast Alina Kabayeva sevgi macərası haqda dolaşan xəbərləri rədd edirlər.

XS
SM
MD
LG