Accessibility links

Fransa Gürcüstanın sabiq baş nazirinə siyasi sığınacaq verdi


Fransa Gürcüstanın keçən ay qiyabi şəkildə həbsə məhkum edilmiş sabiq baş naziri İrakli Okruaşviliyə siyasi sığınacaq verib. İrakli Okruaşvili Gürcüstan hökumətində islahatlar aparan əsas nümayəndə idi ki, sonradan prezident Mixail Saakaşvilinin siyasətini tənqid etdiyinə görə sentyabr ayında həbs edilmişdi. Bu ittiham Okruaşvilinin üzərindən götürüldükdən sonra o, keçən il Tbilisidə hökumətə qarşı genişmiqyaslı etiraz aksiyaları təşkil etməkdə günahlandırıldı. Bundan sonra Okruaşvili Gürcüstandan Almaniyaya getmiş və oradan da Fransaya üz tutmuşdur. Qeyd edək ki, İrakli Okruaşvili Gürcüstan məhkəməsi tərəfində qiyabi olaraq 11 il həbs cəzasına məhkum edilib.
XS
SM
MD
LG