Accessibility links

Pxenyanla nüvə proqramına dair danışıqlarda nailiyyət əldə edildiyi bildirilir


Şimali Koreyanın bildirdiyinə görə, bu həftə ABŞ-ın nümayəndə heyəti ilə Pxenyanın nüvə proqramına dair danışıqlarda nailiyyət əldə edilib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, müzakirələr səmimi və konstruktiv şəraitdə keçirilib. Koreyanın Mərkəzi Xəbər Agentliyinin yayımladığı bəyanatla bağlı bundan əlavə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Şimali Koreya üzrə nümayəndəsi və Amerikanın nümayəndə heyətinin başçısı Sung Kim Şimali Koreya danışıqlarından bu gün qayıdıb. Dünən Dövlət Departamentinin sözçüsü müxbirlərə demişdi ki, ABŞ əhatəli olmadığı təqdirdə Pxenyanın nüvə fəaliyyətlərinə dair bəyannaməni qəbul etməyəcək.

XS
SM
MD
LG