Accessibility links

BMT nüvə agentliyinin rəhbəri ABŞ-ı tənqid edib


BMT nüvə agentliyinin rəhbəri ABŞ-ı Şimali Koreyanın Suriyaya nüvə reaktorunun inşası üçün kömək etməsi haqda informasiyanı gizli saxlamasına görə tənqid edib. Bugünkü açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Məhəmməd Əl Bəradei deyir ki, o, Buş administrasiyasının informasiyanı çatdırmaqda ləngiməsindən narazıdır. O, həmçinin ötən sentyabrda İsrailin həmin obyekti hava zərbələri ilə dağıtmasını tənqid edib. Belə ki, Əl Bəradeinin sözlərinə görə, bu hücum silahsızlaşdırma sazişinə əsasən təftiş aparılmasına imkan verməyib. Amma Əl Bəradei əlavə edib ki, o, bu kəşfiyyat məlumatını ciddi qəbul edir və məsələ üzərində təhqiqat aparılacaq. Ağ Evin dünən açıqladığı məlumata əsasən Suriya dinc məqsədlərə xidmət etməyən nüvə reaktoru inşa edirdi.
XS
SM
MD
LG