Accessibility links

Əl-Sədr Mehdi ordusunu iraqlılara qarşı zorakılıqları dayandırmağa çağırıb


Radikal şiə ruhanisi Möqtəda Əl-Sədrin sözlərinə görə, onun son “açıq müharibə” çağırışı yalnız ABŞ qüvvələrinə qarşıdır, İraq hökuməti əleyhinə yox. Bu gün açıqlanan bəyanatda Sədr Mehdi ordusunu iraqlılara qarşı zorakılıqları dayandırmağa çağırır. Sədrə sadiq yaraqlılar mart ayından bəri Sədr şəhər məhəlləsində koalisiya və İraq qüvvələrinə qarşı mübarizə aparır. Bu toqquşmalar zamanı 300-dən çox insan həlak olub. Bu arada İraq xəstəxana rəsmilərinin bildirdiyinə görə, gecə baş verən zorakılıqlar zamanı 7 nəfər həlak olub, 30 nəfərsə yaralanıb. Dünən baş nazir Nuri Əl-Maliki ölkədə siyasi birlik və təhlükəsizlik məsələlərində nikbin olduğunu dilə gətirmişdi.
XS
SM
MD
LG