Accessibility links

ABŞ konqresmeni Robert Veksler Türkiyədə demokratiyanın təhlükə ilə üzləşməsindən narahatdır


ABŞ Konqresindəki Türk-Amerika Dostluq Qrupunun həmsədri, floridalı millət vəkili Robert Veksler Türkiyədə demokratik təssisatların təhlükə ilə üzləşməsindən narahat olduğunu bildirib. Cənab Veksler “Rumi Forumu” tərəfindən təşkil edilən toplantıda Türkiyədəki son hadisələrdən və Türk – Amerika əlaqələrindən bəhs edib.

Vekslerlə bərabər forumda Brookings İnstitutunun Türkiyə Proqramı Direktoru Ömər Taşpınar iştirak edib. Kongres üzvü Robert Veksler Türkiyədə həyata keçirilən iqtisadi ve siyasi islahatları təqdir etdiyini dedi. Veksler həmçinin Türkiyədə mülki və hərbi səlahiyyət mərkəzlərinin ayrılması yönümündə nəzərə çarpan irəliləyişləri alqışladı və Türkiyənin dünyəvi dövlət quruluşunun qorunmasında Silahlı Qüvvəllərin tarixi rolunu ehtiramla qeyd etdi.

Veksler Türkiyədəki “Ədalət və İnkişaf Partiyası” AKP-nin dünyəvi dəyərləri tapdaması haqda qaldırılan ittihamlardan danışdı. Amerikalı Konqresmen kimi tərəf tutmadığını deyən Veksler, bu ölkənin Avropa Birliyi üzvlüyünə yaxınlaşdığı bir dönəmdə demokratik yolla seçilmiş, xalqın iradəsinə əsaslanan bir hökümətin buraxılmasının problem olduğunu dedi. Veksler, bunun təhlükəli bir örnək təşkil etdiyini qeyd etdi. Yaranmış gərgin durumun Türkiyənin siyasi inkişafına ziyan vurduğunu ifadə eden Veksler, Türkiyədə xalqın iradəsinin məhkəmələr vasitəsilə zəiflədilməsi ehtimalının onu qayğılandırdığını söylədi. Prezident Abdulla Gül və baş nazir Rəcəp Təyyib Ərdoğanın söylədiklərinə və ya etdiklərinə şərh vermək istəməyən Veksler ancaq Türk xalqının mövqeyinin burada əsas olduğunu dilə gətirdi.

“Rumi Forumu” tərəfindən təşkil edilən paneldə danışan Brookings İnstitutunun Türkiyə Proqramı Direktoru Ömər Taşpınar da hakim AKP ətrafında cərəyan edən gərginliyin ölkədəki iqtisadi ve siyasi sabitliyi poza biləcəyini bildirdi. Taşpınar AKP-nin daha demokratik bir konstitutsiya hazırlamasına ehtiyac olduğunu ifadə etdi. Taşpınar Türkiyənin baş örtüyü məsələsi kimi mübahisəli mövzulardan uzaq durması və daha geniş anlamda - demokratikləşmə, söz azadlığı, AB üzvlüyü kimi məsələlərə diqqət yetirməyin vacibliyini vurğuladı. Taşpınar, AKP-nin bu istiqamətdə addım atacağı təqdirdə daha çox dəstək alacağını önə çəkdi. Türkiyədəki hadisələr fonunda Amerikanın mövqeyinə nəzər salan Taşpınar “Vashingtonun bu xüsusda AKP’yə açıq və tam bir şəkildə dəstək verməsinin, Amerikanın mötədil İslamı yaymağa çalışdığı yönümündə ifrat nəzəriyyələri gücləndirəcəyini” dedi. Taşpınar bu durumda Amerikanın yürüdəcəyi düzgün siyasətin demokratikləşməyə və Türkiyənin Avropa Birliyi üzvlüyünə dəstək vermək olduğunu söylədi.

Brookings İnstitunun alimi Taşpınar Türkiyədə bəzi qüvvələrin Amerikanın mötədil İlsamı yaymaqda qəti olduğunu və AKP ilə Amerika arasındakı birliyin də buna əsaslandığını düşündüklərini dedikdən sonra Florida Millət vəkili Robert Veksler söz aldı və Amerikanın Türkiyədə hansısa növ İslamı yamaq iddialarını rədd etdi.

Amerikanın Türkiyədə dini bir agenda təşviq etmədiyini söyləyən Wexler, bunun əksinin doğru olduğunu vurğuladı. Wexler, Türkiyədəki İslam dininə, ibadətə və Atatürkün yaratdığı topluma böyük saygı duyulduğunu, Türkiyədəki demokratik və iqtisadi inkişafı dəstəklədiyini bildirdi.

XS
SM
MD
LG