Accessibility links

Pakistandakı Talibanlar liderlərinin qisasını alırlar


Pakistanın Mardan şəhərindəki polis məntəqəsi qarşısında avtomobilin partlaması azı 4 nəfərin ölümünə, 30 nəfərinsə yaralanmasına səbəb olub. Polisin bildirdiyinə görə, onlar partlayışın binanın bir addımlığında saxlanmış avtomobildə baş vediyindən əmindirlər. Ölənlərdən biri polis işçisidir.

Pakistanlı Taliban sözçü Mövləvi Umar jurnalistlərə deyib ki, bu hücum polislərdən yaraqlı liderlərinin ölümünün qisasının alınması məqsədi daşıyıb. Ancaq o, əlavə edib ki, Taliban bu həftə komandir Beytulla Məsud tərəfindən bəyan edilən atəşkəs öhdəliklərinə sadiq qalır. Taliban sözçüsünə istinad edən “Associated Press” agentliyi bu hücumun atəşkəs elan olunmamışdan əvvəl planlaşdırıldığını bildirib.

XS
SM
MD
LG