Accessibility links

Türkiyə İraqın şimalına növbəti dəfə hücum edib


Türkiyə ordu rəsmiləri İraqın simalındakı kürd yaraqlıların sığınacaqlarına hücumların keçirildiyini təsdiq edib. Ordu bildirir ki, qırıcı təyyarələr və artileriya İraqın Türkiyə ilə sərhədində olan kürd mövqelərini hədəfə alıb. Dünən axşamdan başlayan əməliyyat gün ərzində davam edib. Bu hücum Ankaranın PKK separatçılarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarının sonuncusudur. Türkiyə PKK-nı İraqın şimalındakı sığınacaqlardan hücumlar həyata keçirmək üçün istifadə etməkdə ittiham edir. PKK 25 ilə yaxındır ki Türkiyənin kürdlər yaşadığı cənub-şərq hissəsində müxtariyyət almaq üçün mübarizə aparır. Zorakılıqlar nəticəsində 30 min adam həlak olub.

XS
SM
MD
LG