Accessibility links

İranın təkrar parlament seçkilərində mühafizəkarlar  əksəriyyət əldə edib


İranda keçirilən təkrar parlament seçkilərində mühafizəkarlar əksəriyyət əldə edib. Mühafizəkarlar parlamentdə 200 yer, başqa sözlə 69 faiz qazanıb. İslahatçıların 50 yer-16 faiz, müstəqil namizədlərin isə 40 yer-14 faiz əldə etdiyi bildirilir. Mart ayında keçirilən seçkilərin birinci turunda islahatçılar yalnız 31 yeri qazana bilmişdi. Mühafizəkar namizədlər 132 yer əldə etmişdi ki, bu, səslərin 70 faizini təşkil edirdi. Bunların 90 faizi prezident Mahmud Əhmədinejadın tərəfdarları idi. ABŞ və Avropa İttifaqı İranın parlament seçkilərini ədalət və azadlıqdan uzaq adlandırır.

XS
SM
MD
LG