Accessibility links

Əfqanıstan prezidentinə qarşı hücum olub


Əfqanıstan prezidenti Həmid Karzayın Kabildə təşkil edilmiş parad zamanı talibanın hücumuna məruz qalmasına baxmayaraq hədisədən xəsarət almadığı bildirilir. Rəsmilər deyirlər ki, hücum nəticəsində parlamentin bir üzvü və 10 yaşlı bir oğlan daxil olmaqla azı 3 nəfər həlak olub. Taliban sözçüsü hücumun məsuliyyətini üzərinə götürərək bildirib ki, əməliyyat zamanı 3 hücumçu öldürülüb və 3-ü isə hadisə yerindən qaça bilib. Prezident Həmid Karzay hücumdan dərhal sonra televiziyada etdiyi çıxışında xalqa təsəlli verərək deyib ki, hücumçuların bəzisi tutulub. Parad Əfqanıstanda kommunist quruluşunun devrilməsi və Sovet ordusunun Əfqanıstandan çıxarılmasının 16-cı ildönümü münasibətilə təşkil edilmişdi.
XS
SM
MD
LG