Accessibility links

Corc Buş Jurnalistlər Assosiasiyası ilə görüşüb


ABŞ prezidenti Corc Buş Ağ Evdə Jurnalistlər Assosiasiyası üçün təşkil olunan ənənəvi şam yeməyində özü və potensial xələfləri barədə zarafat edib. Cənab Buş hər üç namizəd respublikaçı senator Con Makkeyn və Demokrat senatorlar Hilari Klinton və Barak Obamanın törənə qatılmamasını qeyd edib. Cənab Makkeynin özünü Buş administrasiyasından uzaq tutmağa çalışdığını iddia edən prezident öz qızının da bu yaxınlarda evi tərk edəcəyini vurğulayıb. Cenna Buş iki həftədən sonra ailə həyatı quracaq. Ağ Ev sahibi yumor hissi ilə Demokrat partiyası daxilində olan son ziddiyyətlərə də toxunub.
XS
SM
MD
LG