Accessibility links

İki türk əsgəri həlak olub


Türkiyə təhlükəsizlik rəsmilərinin sözlərinə görə, ölkənin cənubunda kürd yaraqlılarla toqquşma zamanı 2 türk əsgəri həlak olub. Rəsmilər insidentin bu gün səhər PKK separatçılarına qarşı Bingöl vilayətində keçirilən hərbi əməliyyat zamanı baş verdiyini bildirib. Yaraqlıların itkiləri barədə məlumat yoxdur. Türkiyə öz ərazisi daxilində və İraqın şimalında PKK-ya qarşı hərbi əməliyyatlarını davam etdirir. Dünən ölkənin qırıcı təyyarələri və artileriyası İraq sərhədi boyu yaraqlıların mövqelərini atəşə tutmuşdu.
XS
SM
MD
LG