Accessibility links

İraqda 8 nəfər həlak olub


Bağdadın Sədr məhəlləsində gecəyarı baş verən döyüşlər zamanı ən azı 8 nəfər həlak olub, 42 nəfərsə yaralanıb. Polis və xəstəxana rəsmilərinin sözlərinə görə, bu gün Mehdi Ordusunun şiə yaraqlıları ilə ABŞ və İraq qüvvələri arasında gedən döyüşlər zamanı ölənlər arasında bir qadın və iki uşaq da olub. Dünən isə Mosul şəhərində bomba partlayışı nəticəsində 2 mülki vətəndaş həlak olmuş, 40-dan çox adamsa yaralanmışdı. ABŞ ordusu deyir ki, yaraqlılar içərisi bomba ilə dolu maşınları Mosulun 2 məhəlləsindəki İraq ordu postuna sürmüş və bombaları partlatmışlar.
XS
SM
MD
LG