Accessibility links

Bu gün Bağdadda qızğın döyüşlər gedib


ABŞ ordusunun bildirdiyinə görə Amerika və İraq qüvvələri bu gün, Bağdadda son həftələrin ən qızğın döyüşlərində 38 yaraqlını öldürüblər. Deyildiyinə görə silahlı şəxslər dünən Bağdadda qum qasırğasının yaratdığı şəraitdən istifadə etməklə hücuma keçiblər. Dünənki hücumların əksəriyyəti Bağdadın Sədr şəhərində həyata keçirilib. Qum qasırğası yaraqlıları hədəf alan vertolyotların məcburi şəkildə endirilməsinə səbəb olub.

ABŞ qüvvələrinin məlumatına görə Bağdadın şimal və şərq bölgələrindəki digər atışmalar nəticəsində 16 yaraqlı öldürülüb.

XS
SM
MD
LG