Accessibility links

BMT dünya üzrə ərzaq qiymətlərinin qalxmasından narahatlığını bildirir


Bəzi ölkələrdə ailənin gəlirinin 80 faizi ərzaqa sərf edilir.
Bu vəziyyət insanlar arasında narazılığın artmasına gətirib çıxarıb.
Məsələn, Yaxın Şərqdə çörək qıtlığı həyəcan doğuracaq bir şəkil alıb.
Karib hövzəsi ölkələrində ərzaq üsyanları Haiti hökumətinin devrilməsinə səbəb olub.
Asiyada isə düyü tarlalarını hərbi qüvvələr qoruyur.

BMT-nin Dünya Ərzaq proqramından Qreq Barrou deyir ki, məsələyə Çin və Hindistanda iqtisadi inkişafın yüksəlməsi ilə artan yanacaq və ərzaq qiymətləri kimi amillər də təsir göstərir. Onun sözlərinə görə, daha bir fenomen isə bioyanacaqdır.

Beynəlxalq Ərzaq Siyasəti araşdımraq institutundan Niklas Mino deyir ki, ərzaq qiytmələrinin kəskin artmasına ABŞ dollarının zəiflməsi kim faktor da təsir götərir. Onun bildirdiyinə görə, ehtiyat qıtlığı mövcuddur. “Avstraliyada quraqlıq bazarlara məhdud həcmdə taxılın çıxarılmasına səbəb olmuş, ixfacatçıların bir hissəsi qiymətlərin artmasına cavab olaraq eksportu azaltmışlar. Ukrayna buğda ixaracını məhdudlaşdırıb, Vyetnam və Hindistan isə düyü ixracını məhdudlaşdırıblar. Bütün bu faktorlar dünya bazarına çıxarılan taxılın həcminin azalmasına səbəb olmuşdur.”-deyə o bildirir.

Dünya üzrə bu, 850 milyon insanın ac qalması deməkdir. Dünya Ərzaq proqramının icraedici direktoru Cozet Şiran deyir ki, dünya üzrə sərhədləri tanımayan sakit bir sunami qalxmaqdadır.

BMT-nin ərzaq agentliyi təcili olaraq 775 milyon dollarlıq yardıma dair müraciət edib. Agetnlik habelə, dünya liderlərini məhsulu artırmaq üçün fermerlərə kömək etməyə çağırıb. Beynəlxalq Ərzaq Siyasəti araşdırma institutundan Niklas Mino deyir ki, dünya tez bir zamanda fəaliyyət göstərməsə, bunun nəticələri fəlakətli ola bilər.

Taxılın qiytməi artıq bir qədər düşməyə başlayıb. Lakin dünya əhalisinin yarısının əsas qida məhsulu olan düyünün qiyməti keçən illə müqayisədə ikiqat artıb. BMT-nin ərzaq agentliyi bildirir ki, son üç ildə dünya üzrə ərzaq qiymətləri 80 faizdən çox arıb.

XS
SM
MD
LG