Accessibility links

Taliban komandiri Pakistanın yeni hökuməti ilə danışıqları dayandırıb


Pakistanın yüksək vəzifəli Taliban komandiri Beitulla Məsudun Pakistanın yeni hökumətilə sülh danışıqlarını kəsdiyi bildirilir. Onun nümayəndəsi deyib ki, danışıqlar hökumətin hərbi qüvvələrin Əfqanıstanla sərhəd bölgələrdən çıxarılması təklifini rədd etdiyinə görə dayandırılıb. Məsud Cənubi Vəziristandakı Təhrikə Taliban qüvvələrinin komandiridir.

Birləşmiş Ştatlar və Pakistan prezidenti Pərviz Müşərrəf onu sabiq baş nazir Benəzir Bhuttoya qarşı sui-qəsd planını hazırlamaqda ittiham edirlər. Məsud isə bu ittihamı rədd edir.

XS
SM
MD
LG