Accessibility links

Bağdadın Sədr şəhərində 28 yaraqlı öldürülüb


ABŞ ordusunun bildirdiyinə görə, Amerika və İraq qüvvələri tərəfindən bu gün Bağdadın Sədr şəhərində 28 yaraqlı öldürülüb. General-leytenant Steve Stoverin bildirdiyinə görə, atışmalar zamanı 4 ABŞ əsgəri yaralanıb. Döyüşlər dünən 38 yaraqlının ölümü ilə nəticələnən döyüşlərin davamıdır. Bu gün İraq rəsmiləri Sədr şəhərindəki döyüşlərin 8 adamın ölümü, 25-nin isə yaralanmasına səbəb olduğunu bildirib. Bu döyüşlərin iki ayrı-ayrı və ya eyni olduğu məlum deyil. Bazar günü Sədr şəhəri baş nazir Nuri Əl-Malikinin döyüşlərin dayandırlmasına dair şərtlərini qəbul etməmişdi. Sədr hərəkatının sözçüsü Malikini problemləri dialoq deyil, güc yolu ilə həll etməkdə günahlandırıb.

XS
SM
MD
LG