Accessibility links

Azərbaycanda Ermənistan xüsusi qüvvələrinin  dörd əsgəri saxlanıb


Azərbaycan rəsmiləri ölkədə əməliyyatlar aparmaq üçün daxil olan 4 Ermənistan xüsusi qüvvələrinin əsgərini saxladığını bildirir. Ermənistan dərhal bildirib ki, bu dörd şəxs səhvən Azərbaycan ərazisinə daxil olublar. Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Naxçıvan Muxtar Respublikasında baş verən insidentlə bağlı təhqiqat aparılır. Azərbaycan tərəfi insident barədə əlavə detal açıqlamayıb. Bu arada Ermənistan Müdafiə Nazirliyinin sözçüsü deyib ki, həmin şəxslər sərhəd bölgədəki bir kənddə dostlarına baş çəkib qayıdarkən yollarını azıb, Naxçıvana daxil olublar.

XS
SM
MD
LG