Çin dövlət mediası xəbər verir ki, Tibetdə məhkəmə ötən ay iğtişaşlardakı rollarına görə 30 adamı 3 il müddətinə azadlıqdan məhrum edib. Rəsmi Şinhua agentliyi deyir ki, Lhasada Xalq Məhkəməsi müttəhimlərdən 3-nü ömürlük cəzaya məhkum edib. Çin bildirir ki, Martın 14-də Lhasada zorakı xarakter alan etiraz aksiyaları nəticəsində 18 günahsız vətəndaş və 1 polis həlak olub. Çin hökuməti müxbirləri iğtişaşlardan az sonra əraziyə buraxmadığına görə rəqəmləri dəqiqləşdirmək çətindir.